“Zirə” Kipr səfərində böyük hesabla uduzdu

"Zirə" Kipr səfərində böyük hesabla uduzdu

“Zirə” “Omoniya”ya 6-0 məğlub oldu. Cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.

***

Semedo 70-ci dəqiqədə altıncı qolu vurdu: 6-0.

***

Evandro 60-cı dəqiqədə beşinci qolu vurdu: 5-0.

***

Stepinski 54-cü dəqiqədə dördüncü qolu vurdu: 4-0.

***

Stepinski ilk hissənin son dəqiqələrində üçüncü topu “Zirə”nin qapısından keçirdi: 3-0.

***

“Omoniya” görüşün 34-cü dəqiqəsində Semedonun penaltidən vurduğu qolla fərqi artırdı: 2-0.

***

Evandro matçın 13-cü dəqiqəsində “Omoniya”nı hesabda önə keçirdi: 1-0.

***

“Omoniya”-“Zirə qarşılaşması start götürdü.

Canlı yayımı təqdim edirik:

***

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda üz-üzə gələcək “Omoniya” (Kipr) və “Zirə”nin start heyətləri bəlli olub.

Globalinfo.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

“Omoniya”: Fabiano, Alfa Diunku, Senu Kulibali, Nikolas Panaqitu, Amin Xammas, Noviks Erakoviç, Mateo Mariç, Evandro, Veliko Simiç, Mariuş Stepinski, Villi Semedo.

“Zirə”: Tiaqo Silva, Hacıağa Hacıyev, Ruan Renato, Anje Mutsinzi, Qismət Alıyev, Rüstəm Əhmədzadə, Pyerr Zebli, Eldar Quliyev, Rafael Utsiq, Məqsəd İsayev, Davit Volkov

Qeyd edək ki, bu gün GSP stadionunda reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək