Zəngəzurda böyük hazırlıq: Sərkisyan Paşinyanın rəqibini belə qarşılayacaq

“Vətən üçün Tavuş” hərəkatının lideri keşiş Baqrat Qalstanyan Zəngəzur vilayətinə yerləşən Sisyan rayonuna səfərə hazırlaşır.

Globalinfo.az xəbər verir ki, həmin ərazidə yaşayan əhalinin keşişin səfərini böyük həyacanla gözləyidiyi bildirilir.

Ermənistan KİV yazır ki, Sisianın keçmiş meri Artur Sərkisyan etirazların başladığı ilk gündən keşiş Baqratla birlikdədir. Hətta keşişin Zəngəzura səfəri zamanı A.Sərkisyan və qohumlarının ona böyük ziyafət verəcəyi, bunun üçün ciddi hazırlıq görüldüyü deyilir.

Məlumata görə, Sisianda əhali keşişin səfərini həyəcanla gözləyir. A. Sərkisyan və qohumları onu quzularla qarşılamağı, “qurban kəsməyi” təklif ediblər.

Safura Bənnayeva
Globalinfo.az