“Bir zamanlar kommunikasiya xətlərinin açılması aktiv müzakirə ediləndə, burada bütün regional yolların açılması nəzərdə tutulurdu”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalif “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan deyib.
Deputat artıq kommunikasiya xətlərinin açılması ilə bağlı vəziyyətin dəyişdiyini bildirib:
“Türkiyə və Azərbaycanın səyləri, eləcə də İrəvanın güzəştə gedən siyasəti nəticəsində bu mövzu beynəlxalq gündəmdə artıq “Zəngəzur dəhlizi” kontekstində özünə yer edib. Həmçinin Turan siyasi xəttinin daşıyıcıları çalışırlar ki, yolu dəhlizə çevirsinlər. Görünür, artıq heç kim Ermənistanın nə almalı olduğu və xarici dünyaya yolunun açılmasının vacibliyini xatırlamır”.
Əliyar Xəlil
Globalinfo.az













