Eşitdim ki, Zelenski məyus olub… – Trampdan ağır cavab

Eşitdim ki, Zelenski məyus olub... - Trampdan ağır cavab

ABŞ Prezidenti Donald Tramp Ər-Riyad görüşü ilə bağlı məyus olan ukraynalılara cavab verib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında danışıb.

“Eşitdim ki, Rusiya ilə danışıqlarda Ukraynaya yer verilmədiyi üçün pis olublar.  Amma üç ildir o masada oturmuşdular, məsələni asanlıqla həll edə bilərdilər” – deyə Tramp bildirib.

Ağ Ev rəhbəri Ukrayna Prezidenti Volodimir Zelenskiyə də müraciət edib:

“Sən müharibəyə başlamamalı idin. Müqavilə bağlaya bilərdin”.

Tramp Ukrayna məsələsini həll edə biləcəyini vurğulayıb. O, Ər-Riyaddakı görüşdən sonra buna daha çox ​​arxayın olduğunu deyib:

“Rusiya nəsə etmək istəyir. Düşünürəm ki, mənim də bu müharibəni bitirmək gücüm var”.

Qeyd edək ki, bundan öncə Zelenski Ukraynasız danışıqların mümkünsüz olduğunu bildirib. “Ər-Riyadda Rusiya ilə ABŞ arasında baş tutan danışıqlar bizim üçün də sürpriz idi”, deyə o açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az