Zelenskinin istəyi rədd edildi

“Avroviziya” mahnı müsabiqəsinin təşkilatçısı olan Avropa Yayım Birliyi Ukrayna Prezidenti Volodimir Zelenskinin yarışmanın finalında tamaşaçılar qarşısında çıxışına icazə verməyib.

Globalinfo.az xəbər verir ki, təşkilatçılar Zelenskinin 160 milyonluq “Avroviziya” tamaşaçısına Ukraynanı dəstəkləməklə bağlı müraciətinin yarışmanı siyasiləşdirəcəyini əsas gətiriblər.

Qeyd edək ki, Ukrayna “Avroviziya 2022”-nin qalibi olsa da, yarışma ötən il ikinci olan Böyük Britaniyanın Liverpul şəhərində keçirilir. Mayın 13-ü “Avroviziya 2023”-ün finalı baş tutacaq.

Ayşən Mustafa
Globalinfo.az