Ukrayna Prezidenti Vladimir Zelenski Ramazan bayramını qeyd edən Ukrayna müsəlman əsgərləri ilə iftar süfrəsində iştirak edib.
Globalinfo.az bildirir ki, proqram Kiyevin Çayki kəndindəki Krım Müsəlmanları Mərkəzində baş tutub.
Türkiyənin Kiyevdəki səfiri Yağmur Ahmet Güldere, Krım Tatar Türklərinin lideri və Ukrayna millət vəkili Mustafa Kırımoğlu, Krım Tatar Milli Məclisinin (KTMM) sədri Rifat Çubarov, Ukraynadakı dini liderlər və müsəlmanlar Krımdakı iftar proqramında iştirak ediblər.
Krım tatarlarının vahid ali icra-nümayəndəlik orqanı olan Məclisin rəhbərlərinin və müsəlman ruhanilərinin iştirak etdiyi şam yeməyində Zelenski müsəlman icmasına təşəkkür edib.
O, Ramazan ayının Ukraynanın hər yerində, hətta cəbhə xəttində, hətta döyüş şəraitində belə hörmətlə qarşılandığını bildirib. Zelenski dəfələrlə Ukrayna xalqının və cəmiyyətinin bir hissəsi olaraq qaldığını bildirən Krımı azad edəcəyinə söz verib.
Zelenski, “Tək Ukrayna üçün deyil, bütün dünya üçün Krımın işğaldan azad olunmasından başqa alternativ yoxdur”, – deyib.
![]()













