Zelenskidən gözlənilməz açıqlama: “Yaxın vaxtlarda sülh planı…”

“Kiyev münaqişənin uzanmasını istəmir”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O bildirib ki, döyüş meydanında çoxlu ölən və yaralananlar olduğu üçün yaxın vaxtlarda sülh planının hazırlanmasına ehdtiyac var.

“Biz bu planı bir neçə ay ərzində masaya qoymalıyıq. Çünki münaqişənin illər boyu davam etməsini istəmirik. Ona görə də, kinci “sülh sammiti” üçün belə bir plan hazırlamalıyıq”, – Zelenski vurğulayıb.

Qeyd edək ki, ilk sammit iyunun 15-16-da İsveçrədə Rusiyanın iştirakı olmadan konfrans şəklində baş tutub. Orada ikinci iclasda nizamlanma planının hazırlanaraq Rusiyaya təqdim ediləcəyi bildirilib.

Müşviq Tofiqoğlu
Globalinfo.az