Zelenski Xarkova gəldi, mesaj verdi

Zelenski Xarkova gəldi, mesaj verdi

Ukrayna Prezidenti Volodimir Zelenski hazırda döyüşlərin şiddətləndiyi və Rusiya ordusunun irəlilədiyi bildirilən Xarkova səfər edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti öz teleqram kanalında bildirib.

V.Zelenski qərargah iclasının keçirildini qeyd edib:

“Xarkov vilayətində vəziyyət nəzarətimiz altındadır. Əsgərlərimiz işğalçı qüvvələrə xeyli itki verdirir, lakin vəziyyət son dərəcə çətindir. Hazırda bölmələrimizi gücləndiririk”.

Qeyd edək ki, Rusiya ordusu mayın 10-da Xarkov vilayətinin şimalında hücuma keçərək “boz zona”da onlarla kəndi ələ keçirib. Həmçinin Volçansk şəhəri ətrafında irləliləyib.

Ayşən Mustafa
Globalinfo.az