Zelenski NATO-nu nüvə dövləti ilə müharibəyə sürükləyir – Nebenzya

Zelenski NATO-nu nüvə dövləti ilə müharibəyə sürükləyir - Nebenzya

“Zelenski döyüş meydanındakı məğlubiyyətlərə görə NATO-nu münaqişəyə sürükləyir”.

Globalinfo.az xəbər verir ki. bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.

Onun sözlərinə görə, Ukrayna prezidenti alyansı nüvə dövləti ilə qarşıdurmaya cəlb etməyə çalışır.

“Problem ondadır ki, döyüş meydanında açıq-aşkar məğlubiyyətə uğrayan vaxtı keçmiş Ukrayna prezidenti indi NATO-nu nüvə dövləti ilə birbaşa və ya dolayı münaqişəyə sürükləmək üçün mərc edir”, – Nebenzya vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az