Zelenski Parisdə Makronla görüşdü

Zelenski Parisdə Makronla görüşdüZelenski Parisdə Makronla görüşdü

Ukrayna Prezidenti Vladimir Zelenski Fransanın paytaxtı Parisə gedib.

Globalinfo.az APA-ya istinadən bildirir ki, onu “Yelisey” Sarayının qarşısında fransalı həmkarı Emmanuel Makron qarşılayıb.

Daha sonra hər iki lider danışıqlar üçün sarayın əsas qapısından içəri daxil olublar.

Qeyd edək ki, oktyabrın 11-də V. Zelenskinin Almaniya paytaxtı Berlində kansler Olaf Şolts və Prezident Frank-Valter Ştaynmayerlə danışıqları nəzərdə tutulur.

***13:13

Ukrayna Prezidenti Volodimir Zelenski Londona səfər edib.

Globalinfo.az xəbər verir ki, Ukrayna prezidentinin Böyük Britaniyanın Baş naziri Kir Starmerlə danışıqları başlayıb.

Zelenski NATO-nun yeni Baş katibi Mark Rütte ilə də görüşəcək.