“Putin danışıqlarda iştirak etmədikcə mənim orada olmağımın mənası yoxdur”
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Rusiya bildirmişdi ki, Putin birbaşa danışıqlara hazırdır, sonra fikirlərini dəyişdilər. Biz birbaşa danışıqlara hazırıq. Əgər Putin də buna hazırdırsa, gəlsin, görüşək. Biz buradayıq (Ankarada – red.), amma o nə burada var, nə də İstanbulda. Biz dünya boyu onun dalınca qaçmalı deyilik”, – deyə Zelenski bildirib.
*** 18:06
Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarında iştirak etməyək.
Globalinfo.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Qeyd edilib ki, Ukrayna lideri Rusiya ilə görüşmək üçün bu gün İstanbula nümayəndə heyəti göndərəcək. Nümayəndə heyətinə müdafiə naziri Rüstəm Umerov rəhbərlik edəcək.
Məlumata görə, nümayəndə heyətinin əsas müzakirə mövzusu atəşkəs olacaq. Bundan başqa, ABŞ nümayəndə heyəti ilə də görüş gözlənilir.













