“Co Baydenin prezidentlik yarışından namizədliyini geri götürməsindən sonra ilk addım ABŞ mediası və siyasi dairələrinin onun sağlamlığı ilə bağlı vəziyyətin gizlədilməsinə dair razılığı araşdırılmalıdır”
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Teleqram kanalında paylaşım edib.
O, C.Baydenin sağlamlığı ilə bağlı real vəziyyətin gizlədildiyini bildirib:
“Co Bayden seçkilərdən geri çəkildiyini açıqladı, amma tam olaraq hara olduğunu demədi. Onun bu açıqlamasından sonra ilk növbədə prezidentin ruhi sağlamlığı ilə bağlı reallığı gizlədərək ictimaiyyəti manipulyasiya edən ABŞ mediası və siyasi dairələrinin fəaliyyəti araşdırılmalıdır”.
Əliyar Xəlil
Globalinfo.az














