“Moskva İl-76 hərbi təyyarəsinə hücum edənləri qətiyyətlə pisləyir”.
Globalinfo.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O, hadisəni terror aktı adlandırıb.
“Xaricdən dəstək olmasaydı, belə terror aktları baş verməzdi”, – Zaxarova bildirib.
Qeyd edək ki, Rusiyanın Belqorod vilayətində qəzaya uğrayan İl-76 hərbi təyyarəsinin göyərtəsində 75 nəfər həlak olub.
Zaira Akifqızı
Globalinfo.az














