Zaxarovadan İrəvana sərt mesaj: Diqqət edin!

Zaxarovadan İrəvana sərt mesaj: Diqqət edin!

“Moskva Ermənistanın ötən həftə Maltada keçirilən və Ukraynanın təklif etdiyi “Sülh qətnaməsi”nin müzakirə olunduğu konfransda iştirakını “nümayişçi anti-Rusiya jesti” hesab edir”. 

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Biz hesab edirik ki, İrəvan Rusiya ilə aqressiv münaqişədə olan tərəflərlə yaxın münasibətlərinə fikir verməlidir. Təəssüf ki, Ermənistanın indiki rəhbərliyi yaxın keçmişdə Cənubi Qafqazın sabitliyi və rifahı üçün ən mühüm amil hesab etdiyi Ermənistan-Rusiya müttəfiqlik münasibətlərini məqsədyönlü və israrlı şəkildə pozur”, – Zaxarova bildirib.

Ayşən Mustafa
Globalinfo.az