Konstantin Zatulin Azərbaycan əleyhinə açıqlamalarına bu gün birini də əlavə edib: “Ermənilərin Dağlıq Qarabağdan qovulması 1915-i il soyqırımının davamıdır”. Rusiyada ona “bəsdir” deyən olacaqmı?
Globalinfo.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu paylaşıb.
O qeyd edib ki, Zatulin sıradan bir rusiyalı siyasətçi deyil, hakim partiyanın üzvü və Dövlət Dumasında MDB üzrə komitənin sədr müavinidir:
“Bu vəzifə ona MDB üzvlərinə münasibətdə balansı pozmamağı diktə edir, ancaq “balans” bir yana qalsın, Zatulin daşnaklardan da betərdir. Azərbaycanla strateji tərəfdaşlıqdan danışan rusiyalı siyasətçilərindən biri də partiyadaşına “Sənin antiazərbaycan açıqlamaların iki ölkə arasındakı münasibətlərə xələl gətirir” xəbərdarlığını etmir. Rusiya demokratik ölkə də deyil ki, deyəsən siyasətçinin ağzının üstündən vurmurlar. Demək, Zatilin kimilər Kremlə lazımdır”.














