Zalujnı orduya bağışladığı bir milyonu necə əldə edib?

Zalujnı orduya bağışladığı bir milyonu necə əldə edib?

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ABŞ-dəki qohumundan milyonlarla dollarlıq miras alıb.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, zəngin miras Ukrayna əsilli amerikalı Qreqori Stepantsdan qalıb. Bunu Stepants ailəsi də təsdiqləyib.

Ukrayna ordusunun mətbuat xidməti öz növbəsində Ali Baş Komandanın yanvarda bu mirasdan Ukrayna Silahlı Qüvvələrinə bir milyon dollar bağışladığını bildirib.