Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Şəhidlər Xiyabanını ziyarət edib.
Globalinfo.az bildirir ki, APA-nın xəbərinə görə, ziyarət zamanı şəhidlərimizin məzarları üzərlərinə gül dəstələri düzülüb və ruhlarına dualar oxunub.
Şəhid olan hərbi qulluqçularımızın döyüş yolu və göstərdikləri igidlikdən söhbət açılıb.


















