“Yunis son nəfəsində onların adını çəkibmiş” – Yekaterinburq olayının yeni DETALLARI

"Yunis son nəfəsində onların adını çəkibmiş" - Yekaterinburq olayının yeni DETALLARI

Ümumilikdə 50-dən çox şəxs polis şöbəsinə aparılıb – məqsəd qətldə şübhəli bilinənləri və şahidləri tapmaq olub. Rusiya mediasında qeyd olunub ki, əsas şübhəlilər qalmaqallı “Xəzər” kafesinin sahibləri olan Səfərov qardaşlarıdır.

Globalinfo.az Lent.az-a istinadən xəbər verir ki, hadisə ilə bağlı yeni detallar üzə çıxıb.

Bildirilib ki, hadisənin 24 il öncəki qətllə bağlı olduğu düşünülür.

Azərbaycan əsilli Yekaterinburq sakini Yunis Paşayev 2001-ci ilin may ayında Blüxer küçəsində, kafelərin yaxınlığında bir dəstə tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Onu mətbəx bıçaqları ilə vurublar. Cinayətdə Səfərov qardaşlarından şübhələnilirdi, lakin o vaxt onları məsuliyyətə cəlb etmək mümkün olmadı, baxmayaraq ki, ölən Yunis son nəfəsində onların adlarını çəkə bilmişdi” – deyə zərərçəkmişlərin ailəsini tanıyan başqa bir həmsöhbət bildirib. Sverdlovsk vilayəti üzrə Rusiya İstintaq Komitəsinin İstintaq İdarəsi və Daxili İşlər Nazirliyinin Baş İdarəsi daha əvvəl bildiriblər ki, aparılan axtarış və saxlanılmalar cinayət işləri çərçivəsində həyata keçirilir.

Söhbət əvvəlki illərdə törədilmiş bir neçə ağır cinayətin araşdırılmasından gedir. Bu işlərlə İstintaq Komitəsinin dördüncü şöbəsi məşğuldur.

Qeyd olunub ki, hazırda cinayətkar iyerarxiyada yüksək mövqe tutmaqda ittiham olunan Marsel Həsənov da “Xəzər” kafesində saxlanılıb. Restoranın yaxınlığında dəfələrlə kriminal hadisələr baş verib. Xatırladaq ki, Yekaterinburq şəhərində 50-dən çox azərbaycanlı saxlanılıb. Əməliyyat zamanı iki azərbaycanlı – Ziyəddin və Hüseyn Səfərov qardaşları vəfat ediblər.