Yevlaxda qəza: gənc oğlan öldü, iki qadın xəstəxanalıq oldu

Yevlaxda ağır yol qəzası baş verib.

Globalinfo.az xəbər verir ki, Yevlax-Ağdam-Laçın avtomobil yolunun Yevlaxın İravanlı qəsəbəsindən keçən 5-ci kilometrliyində iki avtomobil toqquşub. 1992-ci il təvəllüdlü Orucov Elnur Qasım oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə 1964-cü il təvəllüdlü Əliyev Səmiyəddin İldırım oğlunun sürdüyü “Khazar SD” bir-birinə çırpılıb. Nəticədə sürücü Elnur Orucov hadisə yerində ölüb, sərnişinləri-1996-cı il təvəllüdlü Məmmədkərimova Əfsanə Qasım qızı və 1965-ci il təvəllüdlü Orucova Mətanət Bayram qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Yevlax RMX-na yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Malik
Globalinfo.az