areq

Bu gün Yevlaxda reinteqrasiya və erməni icmasının təhlükəsizliyi ilə bağlı aparılan danışıqlarda Qarabağın erməni icmasını təmsil edənlərin kimliyi açıqlanıb.

Globalinfo.az xəbər verir ki, danışıqlarda erməni icmasını saxta “deputat” David Melkumyan və Areq Avakyan təmsil edirlər.

Ermənistan mediası separatçıların “dövlət naziri”, Araik Arutyunyanın qardaşı Artur Arutyunyan və artıq məhv olmuş qondarma rejimin “nazirlər şurasının katibi” Sergey Martirosyanın da Yevlaxa gəldiyini iddia etsə də, hər iki şəxsin danışıqlar masasında görünməməsi diqqət çəkib.

Qeyd edək ki, erməni icmasının nümayəndələri ilə Yevlaxda danışıqları Qarabağ bölgəsinin erməni sakinləri ilə əlaqələr üzrə məsul şəxs, parlamentin deputatı Ramin Məmmədov aparır.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: