Azərbaycanda itkin düşən yeniyetmələrdən xəbər var

itkin qadin

Martın 19-dan Yevlax rayonunun Xaldan qəsəbəsində itkin düşdüyü bildirilən bir qrup yeniyetmə tapılıb.

Globalinfo.az Publika.az-a istinadən xəbər verir ki, onlar dostlarından birinin əmisi evində bayram yığıncağına gedib və orada gecələyiblər.

Faktla bağlı araşdırma aparılır.

***17:33

Yevlaxda itkin düşən 4 yeniyetmə axtarılır.

Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Məlumata görə, mart ayının 19-da Yevlax rayonunun Ərəş kəndində yaşayan 4 yeniyetmə – 2008-ci il təvəllüdlü Quliyeva Sona Səyyaf qızı, 2008-ci il təvəllüdlü Musayeva Aysu Nəsimi qızı, 2005-ci il təvəllüdlü İsmayılov Nəbi Seyran oğlu və 2005-ci il təvəllüdlü Soltanov Ələmdar Elgün oğlu yaşadıqları evlərdən çıxaraq bir daha geri qayıtmayıblar.

Şəkillərdəki şəxsləri görənlərdən və barələrində məlumatı olanlardan DİN-in “102 – Zəng Mərkəzi”nə, həmçinin Yevlax Rayon Polis Şöbəsinin (022) 336 – 45 – 02 şəhər və (055) 537 – 87 – 97 mobil nömrələrinə zəng vurmaları xahiş olunur.

WhatsApp Image 2023 03 20 at 17.30.30 WhatsApp Image 2023 03 20 at 17.30.29 WhatsApp Image 2023 03 20 at 17.29.56 WhatsApp Image 2023 03 20 at 17.30.30 1