qeza facie

Noyabrın 26-na keçən gecə Yevlax rayonunun Tanrıqulular kəndində baş vermiş ağır yol qəzasının təfərrüatı məlum olub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, qəzaya düşən ailə üzvləri ad günü məclisindən qayıdırmış.

Belə ki, noyabrın 25-də 1992-ci il təvəllüdlü Elvin Nəsibov atasına məxsus avtomobillə 4 yaşlı oğlu Elcan və həyat yoldaşı 2001-ci il təvəllüdlü Sənubərlə qayınatasıgilə qonaqlığa gedib. Məclis Elcanın və dayısının ad günü ilə əlaqədar təşkil edilib.

Onlar gecə saatlarında yaşadıqları kəndə qayıdarkən E.Nəsibov həyat yoldaşı ilə avtomobildə dalaşmağa başlayıb və sərxoş halda, sürücülük vəsiqəsi olmadan sürdüyü avtomobili təhlükəli şəkildə idarə edib. Bunu görən Sənubər oğlunu baş verə biləcək qəzadan qorumaq üçün onu paltosuna bükərək özünə sıxıb. Həmin vaxt avtomobil yol kənarındakı daş hasara çırpılıb. Nəticədə Elvin, arvadı və azyaşlı oğlu xəsarət alıb.

Sənubər Nəsibova xəstəxanaya çatdırılsa da, vəfat edib. Onun 4 yaşlı oğlunun və ərinin müalicəsi davam etdirilir. Həyatlarına hər hansı bir təhlükə olmadığı bildirilir.

Faktla bağlı Yevlax RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

***26.11.2024 08:58

Yevlax rayonunun Tanrıqulular kəndində avtomobil maneəyə çırpılıb, 3 nəfər xəsarət alıb.

Globalinfo.az “Report”a istinadən bildirir ki, qəza nəticəsində, sürücü 1992-ci il təvəllüdlü E.Nəsibov, onun həyat yoldaşı, 2000-ci il təvəllüdlü S.Nəsibova və 4 yaşlı oğlu xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Ağır xəsarət alan 2003-cü il təvəllüdlü S.Nəsibova xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: