traktor

Sentyabrın 23-ü saat 18 radələrində Yevlax rayonunun Səmədabad kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Globalinfo.az “Teleqraf”a istinadla xəbər verir ki, Səmədabad kənd sakini, 1991-ci il təvəllüdlü Yunis Zeynalov idarə etdiyi traktorla hərəkətdə olarkən yolu keçən 4 yaşlı oğlunu vurub.

Azyaşlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Yevlax rayon polis idarəsində cinayət işi qaldırılıb. İstintaq aparılır.

Paylaş: