FETÖ 15 İyul hadisələrindən sonra xaricdən əldə etdikləri gəlirlə Türkiyədəki fəaliyyətlərini maliyyələşdirməyə və “struktur”unu bu yolla qorumağa çalışıb.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə daxili işlər naziri Əli Yerlikaya deyib.
“Sözügedən terror təşkilatının üzvlərinin təxminən 16%-i ABŞ-da, 23%-i isə Almaniyadadır. Məsələ ilə bağlı sözügedən ölkələrdəki aidiyyatı qurumlara xəbərdarlıq da edilib”, – nazir bildirib.













