Yeni sədr 31 yaşlı bankirə vəzifə verdi – FOTO

Yeni sədr 31 yaşlı bankirə vəzifə verdi - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSM) Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin yeni sədri Zəka Mirzəyev özünə müşavir təyin edib. 

Globalinfo.az Qaynarinfo-ya istinadən bildirir ki, müvafiq əmrlə 1994-cü il təvəllüdlü Amin Abdullayev Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə gətirilib.

Qeyd edək ki, 31 yaşlı Amin Abdullayev 2022-2025-ci illərdə isə Mərkəzi Bankda Sığorta fəaliyyətinə dair siyasət və nəzarət departamentində analitik, böyük analitik vəzifələrində işləyib.

O, daha əvvəl – 2021-2022-ci illərdə Dövlət Sosial Müdafiə Fondunda Strateji planlaşdırma və aktuar hesablamalar departamentində baş mütəxəssis vəzifəsində çalışıb.

Yeni sədr 31 yaşlı bankirə vəzifə verdi - FOTO