Rusiyanın Yekaterinburq şəhərinin Sortirovka bölgəsində fəaliyyət göstərən azərbaycanlılara məxsus bazar ləğv edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Blocnote Rusiya” məlumat yayıb.
İddialara görə, azərbaycanlı sahibkarlar Qod Nisanov və Zarax İliyevə məxsus Moskvanın “Sadovod” və “Food City” bazarları da bağlana bilər.
Rusiyanın bu addımı Azərbaycanla davam edən gərginlik səbəbindən atdığı deyilir.
Rusiya hüquq mühafizə orqanlarının bu ölkədə azərbaycanlıların çalışdığı bazarların fəaliyyətinə müdaxilələr etdiyi bildirilir.
Əliyar Xəlil
Globalinfo.az













