Yəhudiəsilli türkiyəli yazıçı Mario Levi 66 yaşında İstanbulda vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Qeyd edək ki, M.Levi 1957-ci ildə İstanbulda anadan olub. O, daha çox “İstanbul bir masaldı”, “En güzel aşk hikayemiz”, “Bir şehre gidememek”, “Lunapark kapandı” kimi əsərlərlə şöhrət qazanıb.














