ABŞ və koalisiyasına nə qədər hücum olub? – RƏQƏMLƏR

ABŞ və koalisiyasına nə qədər hücum olub? - RƏQƏMLƏR

Oktyabrın 17-dən bugünədək Yaxın Şərqdə ABŞ və koalisiyasına qarşı 166 hücum olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Hücumlarda pilotsuz təyyarələrdən, minaatanlardan və qısamənzilli ballistik raketlərdən istifadə edilib.

Telekanalın məlumatına görə, Suriyada 98, İraqda 67, İordaniyada isə bir hücum həyata keçirilib.

Qeyd edək ki, ötən ilin oktyabrında Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin gərginləşməsindən sonra ABŞ-ın İraq və Suriyadakı hərbi bazalarına raket hücumları çoxalıb. ABŞ-ın İsrail ordusuna hərbi yardımı fonunda bu hücumların sayının artacağı istisna edilmir.

Əliyar Xəlil
Globalinfo.az