Yaşat Fondunun sədri şəhid Orxan Əsgərovun ailəsini ziyarət edib –

Yaşat Fondunun sədri şəhid Orxan Əsgərovun ailəsini ziyarət edib -

Şəhid Orxan Əsgərovun yas məclisini YAŞAT Fondu nun rəhbəri Elvin Huseynov və “Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov ziyarət edərək şəhidin ailəsinə baş sağlığı verib.

Globalinfo.az xəbər verir ki, görüşdə “Hilal” Sosial Araşdırmalar Birliyinin sədri Arzuman Abdulkərimov Orxanın bütün qatillərinin yaxın zamanda dövlətimizin dəstəyi ilə tapılıb cəzalandırılacağına əmin olduğunu bildirib.

“Yaşat Fondu”nun rəhbəri Elvin Huseynov şəhidin atası Əsgərov Rizvana fond tərəfindən ailənin diqqətdə saxlanılacağını, yaxın günlərdə fondun nümayəndələrinin ailəni ziyarət edərək lazım olan bütün addımların atılacağını bildirib.

Yaşat Fondunun sədri şəhid Orxan Əsgərovun ailəsini ziyarət edib -