cabir 1

Bu gün mərhum Əməkdar artist Cabir İmanovun doğulduğu gündür. 

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 7 ay əvvəl vəfat edən sənətçinin dostları sosial şəbəkələrdə onunla bağlı xatirələrini bölüşüblər.

Qeyd edək ki, Cabir İmanov 22 iyun 1976-cı ildə Bakıda anadan olub. O, 1992–2001-ci illərdə “Parni iz Baku” KVN komandasının üzvü olub. 2015-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. 2021-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.

C.İmanov ötən ilin oktyabrında idman zalında infarkt keçirərək vəfat edib. İki dəfə ailə həyatı quran mərhum sənətçinin 4 övladı var.

1
2
3
4

Paylaş: