Xoşqədəm canlı efirdə Doğuşdan açıqlama istədi, o isə… – FOTO / VİDEO

Xoşqədəm canlı efirdə Doğuşdan açıqlama istədi, o isə... - FOTO / VİDEO

Bir neçə gündür Xoşqədəm Hidayətqızının həyat yoldaşı, müğənni Doğuşla bağlı qalmaqallı video yayılıb.

Globalinfo.az xəbər verir ki, o, canlı efirdə Doğuşa zəng edib və ondan açıqlama istəyib.

Lakin Doğuş iclasda olduğunu, danışa bilmədiyini deyib. Xoşqədəm Hidayətqızıdan bir müddət sonra zəng etməsini xahiş edib.

Daha sonra Doğuş sosial media hesabında paylaşım ailə fotosunu paylaşaraq “Sizi seviyorum ailem”, – deyə qeyd edib.

Xoşqədəm canlı efirdə Doğuşdan açıqlama istədi, o isə... - FOTO / VİDEO

Qeyd edək ki, ötən gün Türkiyənin “SHOW TV” kanalında yayımlanan “Vaz Keçmə” adlı proqrama qatılan Esra adlı xanım 2020-ci ildə müğənni Doğuşla dini nikah kəsdirdiyini, Doğuşun menecerinin buna şahid olduğunu deyib.

O bildirib ki, Doğuş bu münasibətlərini arvadı bilərsə, uşaqlarını onun əlindən alacağından qorxurmuş.