Xocalıda uzun illərdən sonra Od çərşənbəsi tonqalı qalandı

Xocalıda uzun illərdən sonra Od çərşənbəsi tonqalı qalandı

İlaxır çərşənbələrdən ikincisi olan Od çərşənbəsi uzun illərdən sonra ilk dəfə olaraq Xocalının Ballıca kəndində də qeyd olunub.

Globalinfo.az xəbər verir ki, kəndə köç edən ailələr çərşənbə tonqalı qalayıblar.

Çərşənbə xonçası bəzənib, tonqal ətrafında şənlik təşkil edilib.