“”Xocalıda “Xocalı” yarımstansiyası və idarəetmə mərkəzinin tikintisi, Əsgəran, Malıbəyli və Sığnaq yaşayış məntəqələrində yarımstansiyaların tikintisi davam edir”.
Globalinfo.az-ın Şərqi Zəngəzura ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Zəngilanda keçirilən brifinqdə “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə deyib.
O bildirib ki, Xocavənddə “Zoğalbulaq” yarımstansiyasının tikintisi, Hadrutda “Qovşaq” yarımstansiyası ilə “Zoğalbulaq” yarımstansiyası arasında 35 kVt-lıq iki dövrəli ÖİN xəttinin çəkilişi davam edir:
“Həmçinin Ağdam, Füzuli və Cəbrayıl rayonlarında tikintisi davam edən və ya planlaşdırılan yaşayış məntəqələrinin enerji təchizatının təmin olunması məqsədilə müasir tələblərə cavab verən yeni transformator yarımstansiyaları tikilir. Hazırda Qubadlı Rəqəmsal İdarəetmə Mərkəzində tamamlama işləri gedir”.
Zaira Akifqızı
Globalinfo.az














