XİN: “Yeni səfirliklərimizlə diplomatik səylərimiz daha da güclənəcək”

XİN: "Yeni səfirliklərimizlə diplomatik səylərimiz daha da güclənəcək"

“Yeni diplomatik nümayəndəliklər diplomatik səylərimizi daha da gücləndirəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə bildirib.

“Milli Məclis Albaniyada, İsraildə, Keniyada səfirliklərin, BMT-nin Nayrobi ofisində Daimi Nümayəndəliyin, Fələstində Nümayəndəliyin açılması haqqında qanun layihələrini təsdiqləyib. Yeni diplomatik nümayəndəliklər diplomatik səylərimizi daha da gücləndirəcək”, deyə paylaşımda bildirilir.