Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada İraq Kürdüstan Regionunun Başçısı Nəçirvan Bərzanini qəbul edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətindən bildirilib.
Görüş prezident iqamətgahında baş tutub.
***16:33
Türkiyə xarici işlər naziri Hakan Fidan və MİT rəhbəri İbrahim Kalın İraq Kürdüstan Regionunun lideri Neçirvan Bərzani ilə görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Görüşün detalları açıqlanmayıb.













