Növbəti köç Xıdırlı kəndində… – FOTOLAR

Növbəti köç Xıdırlı kəndində... - FOTOLAR

Növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb.

Globalinfo.az xəbər verir ki, bu gün 60 ailənin kəndə köçü həyata keçirilib.

***

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, yenidən qurulan Ağdam rayonunun Xıdırlı kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb.

Globalinfo.az xəbər verir ki, bu mərhələdə Ağdam rayonunun Xıdırlı kəndinə 60 ailə – 236 nəfər köçürülüb.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır.

Növbəti köç Xıdırlı kəndində... - FOTOLAR
Növbəti köç Xıdırlı kəndində... - FOTOLAR
Növbəti köç Xıdırlı kəndində... - FOTOLAR