Xəzərdə qeyri-adi hadisə: nə baş verir? – VİDEO

Xəzər dənizinin suyu qeyri-adi rəngə boyanıb. 

Globalinfo.az KONKRET.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Qazaxıstanın Manqistau vilayətinin Ekologiya Departamentinin mütəxəssisləri ərazidən su nümunələri götürüblər.

Vilayətin ekologiya şöbəsinin müdiri Ruslan Tukenov bildirib ki, bu, təbii hadisədir.

Onun sözlərinə görə, lil yataqları dalğalara qara rəng verir və parçalanma nəticəsində xoşagəlməz qoxu yaranır.

O qeyd edib ki, ərazidə istehsalat obyektləri yoxdur, çünki bura istirahət zonasıdır.