Xətaidə möhtəşəm tədbir: Silahlı Qüvvələr Günü qeyd edildi – VİDEO

Xətaidə möhtəşəm tədbir: Silahlı Qüvvələr Günü qeyd edildi - VİDEO

İyunun 25-də Xətai rayon İcra Hakimiyyəti, Bakı şəhər Mədəniyyət Baş İdarəsi və YAP Xətai rayon Təşkilatının təşəbbüsü ilə 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş konsert proqramı təşkil edilib.

Globalinfo.az bildirir ki, Xətai rayon Heydər Əliyev parkında keçirilən konsertdə Xətai rayon İcra hakimiyyətinin başçısı Rafiq Quluyev, millət vəkili Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, rayon prokuroru Sərdar İmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Xətai rayon idarəsinin rəisi Hümbət Əliyev, rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov, Vətən Müharibəsi Qəhrəmanları Nizami Mövlanov, Zaur Hüseynov, Zaur Quliyev, Səxavət Baxışov, Raqif israyılov, Anar Mirzəyev, şəhid ailələri, qazilər, hərbiyyələr, ziyalılar və şəhərimizin sakinləri iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra isə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Azərbaycan Ordusunun keçdiyi inkişaf yolundan bəhs edlib. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunub və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Tanınmış incəsənət ustaları Alim Qasımov, Röya Ayxan, Manana Çaparidze, Mələkxanım Əyyubova, Şəmistan Əlizamanlı, Fərqanə Qasımova, Nazpəri Dostəliyeva, Elnarə Xəlilova, C.Naxçıvanski adına Hərbi Liseyin hərbi orkestri və digər müğənnilər bayram ifalarını tamaşaçılara təqdim ediblər. Böyük coşqu ilə keçən bayram konserti sakinlər tərəfindən rəğbətlə qarşılanıb.

[video width=”478″ height=”850″ mp4=”https://cdn.globalinfo.az/2025/06/WhatsApp-Video-2025-06-26-at-11.30.58.mp4″][/video]

12 kişi ve düğün görseli olabilir9 kişi ve saksafon görseli olabilirkalabalık görseli olabilirFotoğraf açıklaması yok.9 kişi, keman, kürsü ve yazı görseli olabilir12 kişi, trompet ve şunu diyen bir yazı 'CAN Sl/' görseli olabilir9 kişi ve kalabalık görseli olabilir1 kişi ve yazı görseli olabilir3 kişi, saksafon, hoparlör ve yazı görseli olabilir1 kişi ve yazı görseli olabilir
bir veya daha fazla kişi ve yazı görseli olabilir1 kişi ve yazı görseli olabilir1 kişi görseli olabilir1 kişi ve hoparlör görseli olabilir1 kişi ve şunu diyen bir yazı '26 İYUN AZARBAYCAN S SİLAHLI QÜVVaLORi GÜN ÜR' görseli olabilir1 kişi, kalabalık ve yazı görseli olabilirkalabalık ve yazı görseli olabilir2 kişi ve kürsü görseli olabilir1 kişi ve kalabalık görseli olabilir2 kişi, hoparlör, aydınlatma ve yazı görseli olabilir6 kişi ve kalabalık görseli olabilir1 kişi ve kalabalık görseli olabilir7 kişi, dans eden insanlar, keman ve ateş görseli olabilir2 kişi görseli olabilir1 kişi ve çiçek görseli olabilir1 kişi görseli olabilir1 kişi görseli olabilir1 kişi ve yazı görseli olabilir13 kişi, kürsü ve yazı görseli olabilir