
Müğənni Xatirə İslam Xankəndidəki evinin dağılmış halda olan görüntüsünü yayımlayıb.
Globalinfo.az xəbər verir ki, görüntüləri ona izləyicilərindən biri göndərib.
Həmin videonu sənətçi “Çəkən bilmirəm kimdir, sağ olsun” şərhi ilə paylaşıb.
Sənətçi Axşam.az-a yaxın zamanda özünün də ora gedəcəyini söyləyib.














