Xankəndidə tapılan maraqlı hədiyyə: 30 il öncə kimə bağışlanıb? – VİDEO

Xankəndidə lentə alınan görüntülər sosial şəbəkələrdə viral olub.

Globalinfo.az Publika.az-a istinadən xəbər verir ki, sözügedən görüntülərin izlənilməsinə səbəb şəhərdəki evlərdən birində tapılan maraqlı hədiyyə olub.

Belə ki, son 30 ildə ermənilərin yaşadığı mənzildə 1985-ci ildə atanın qızına bağışladığı qeyri-adi formaya malik olan çini qab bu günə kimi saxlanılıb.

Həmin qabın üzərində yazılıb: “Əlidən qızı Fəridəyə hədiyyə. 01.07.1985”