Xankəndidə kritik an: Araik “çıxış yolu”nu açıqlayır

Qarabağda erməni separatçıların təxribatı davam edir.

Globalinfo.az xəbər verir ki, bu gün separatçıların başçısının çıxışı gözlənilir.

Belə ki, yerli vaxtla 22:00-da Araik Arutyunyanın müraciətinin yayılacağı anons edilib.

Müraciətdə separatçılara qarşıdakı günlərdə nələr ediləcəyi barədə “təlimat”ların veriləcəyi, “böhran”dan çıxış yolunun açıqlanacağı bildirilir.

Tahir Turan
Globalinfo.az