Xankəndidə separatçıların yeni başçısının “seçilməsi”nə hazırlıqlar gedir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
İddiaya görə, baş nazir Nikol Paşinyanın “seçki” ilə bağlı öz planları var.
“Paşinyan separatçı Samvel Babayan və Xankəndidəki digər əlaltıları vasitəsilə “seçki”lərə mane olmağa cəhd göstərir. Nikol həmçinin şəhərdə etiraz aksiyaları təşkil etməyə çalışır. Bu vəziyyət isə Azərbaycanın işinə yarayacaq”, – nəşr yazıb.
Qeyd edilir ki, Bakı Paşinyanın Azərbaycanın ərazi bütövlüyü barədə açıqlamasına istinad edərək şəhərdə yaranmış iğtişaşları aradan qaldırmaq üçün hərəkətə keçə bilər. Bunun üçün Azərbaycan Ordusunun bölgəyə yeridilməsi və rəsmi Bakının bu iğtişaşları bir neçə saat ərzində yatırması mümkündür.
Tamerlan Yayaqan
Globalinfo.az














