Qarabağdakı separatçılar yenidən gərginlik yaratmağa çalışırlar.
Globalinfo.az xəbər verir ki, sosial şəbəkənin erməni seqmentində separatçılar aktiv şəkildə təxribat hazırlığı aparırlar.
Belə ki, onlar sabahdan etibarən iğtişaş niyyətində olduqlarını açıq şəkildə ortaya qoyublar.
Separatçılar iyulun 12-si saat 12:00-dan etibarən Xankəndidə toplaşmağa qərar veriblər. Daha əvvəlki aksiyalarda az insan gəlməsi səbəbindən rüsvayçı duruma düşən terrorçu rejimin bu dəfə ciddi hazırlaşdığı, insanları müxtəlif vədlərlə mitinqə dəvət etdiyi bildirilir.
Tamerlan Yayaqan
Globalinfo.az














