Xankəndidə Brüssel danışıqları təşvişi: Araik etiraf etdi…

Xankəndidə Brüssel danışıqları təşvişi: Araik etiraf etdi...

Brüsseldə Ermənistan və Azərbaycan liderləri arasında keçiriləcək qeyri-rəsmi görüş Qarabağdakı erməni separatçılarında təşviş yaradıb.

Globalinfo.az xəbər verir ki, bu, qanunsuz, saxta rejimin “liderinin mətbuat katibi” Lusine Avanesyanın üçtərəfli görüşdən öncə yaydığı “bəyanatdan” aydın olub.

Avanesyan Xankəndidə  Ermənistan və Azərbaycan arasında gedən prosesləri diqqətlə izlədiklərini bildirib. O, separatçıların güc tətbiqindən imtina və danışıqların həllinə üstünlük verdiklərini söyləyib. Həmçinin Araik Arutyunyanın danışıqların bəzi detalları barədə məlumatlı olduğunu deyib.

Artuyunyanın “mətbuat katibi” Laçında sərhəd-keçid məntəqəsinin yerləşdirilməsi ilə bağlı Rusiya sülhməramlılarının Bakıda apardığı danışıqların heç bir nəticə vermədiyini vurğulayıb.

İlkin Həsənov
Globalinfo.az