Xankəndi-Laçın yolunda aksiyanın keçirildiyi ərazidə Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı “Badam çiçəyi” kompozisiyası quraşdırılıb.
“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, kompozisiyada badam çiçəyinin bir ləçəyinin düşdüyü və birinin isə üzərinə qan töküldüyü əks olunub.
***
Bu gün Laçın-Xankəndi yolunda davam edən aksiyada Xocalı faciəsinin ildönümü ilə bağlı şüarlar səsləndirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə APA-nın Şuşaya ezam olunan müxbiri bildirib.
Aksiya iştirakçıları “Xocalıya ədalət”, “Xocalı soyqırımını unutma”, “Xocalı soyqırımı XX əsrin faciəsi” kimi şüarlar səsləndirilib.
Aksiyaçılar şüarları üç dildə – Azərbaycan, rus və ingilis dilində səsləndiriblər.














