Xankəndi yolunda xəyanət: azərbaycanlıları erməniyə satan qadın GÖRÜN KİMDİR – FOTO

Xankəndi yolunda xəyanət: azərbaycanlıları erməniyə satan qadın GÖRÜN KİMDİR – FOTO

Ötən gün yazmışdıq ki, son illərdə Qarabağ münaqişəsi fonunda guya sülhə can atan “no war”-çılar azərbaycanlı ekofəalların Xankəndi-Laçın yolunda keçirilən aksiyada ermənilərə sülh əlini uzatmasını görməzdən gəlirlər.Təsadüfi deyil ki, onların erməni “həmfikir”ləri aksiyaçılarımızın sülh təşəbbüslərinə qoşulmurlar.

Sözügedən yazı Globalinfo.az-da yayımlandıqdan və minlərlə oxucuya çatdıqdan sonra “no war”-çılarımız peyda olmağa başladılar.

Naxçıvanın 30 il blokadada, torpaqlarımızın işğalda qalmasına görə bircə dəfə Ermənistanı düz-əməlli ittiham etməyən “no war”-çılar və erməni lobbisinin bilavasitə maliyyələşdirdiyi Meydan TV Azərbaycanı “dağlıq qarabağ”ı blokadada saxlamaqda ittiham etdilər. Bu öz yerində.

Digər əsas məsələ özünü xalq təəssübkeşi kimi göstərərək müəyyən bir vəzifəyə gəlməyə çalışan ermənipərəstlərin maskalarının yavaş-yavaş düşməsidir. Qərbdən, eləcə də erməni lobbisindən aldığı qrantlar müqabilində ölkənin, xalqın maraqlarını satan belə adamlar mahiyyət etibarilə Xankəndidəki separatçı-terrorçu “lider”lər Araik Arutyunyan və Ruben Vardanyandan da təhlükəlidirlər.

Əgər onları blokada, humanitar böhran narahat etsəydi, bu vaxta qədər Naxçıvanın durumunu, 1 milyona yaxın qaçqının üzləşdiyi fəlakəti qabardardılar. Etmədilər, etdilərsə də, çox ötəri şəkildə – bütünlüklə erməni maraqlarına xidmət edən bəyanatın tərkibində kiçik bir cümlə ilə.

Erməni təəssübkeşi olan “no war”-çılardan biri – Vəfa Nağı sosial media hesabında “erməni Meydanı” TV-nin statusunu paylaşaraq yazır:

“Dekabrın 12-də özlərini “eko aktivist kimi” təqdim edən bir qrup azərbaycanlı mülki şəxs Laçın dəhlizinə daxil olaraq Dağlıq Qarabağı faktiki olaraq mühasirəyə alıblar. OC Media yazır ki, Dağlıq Qarabağın Ermənistan və dünya ilə həyati önəmə sahib əlaqəsi kəsildiyi üçün insanlar humanitar böhran yaşanmasından qorxurlar”.

Xankəndi yolunda xəyanət: azərbaycanlıları erməniyə satan qadın GÖRÜN KİMDİR – FOTO

Əvvəla, onu deyək ki;

1. Azərbaycanda “dağlıq qarabağ” adlı ərazi vahidi yoxdur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları var.Azərbaycanlı ekofəallar humanitar yüklərin Laçın yolundan keçməsinə şərait yaradır, hətta özləri də oradakı ermənilərin humanitar ehtiyaclarını qarşılamağa hazır olduqlarını bildirirlər.

Belə olan halda hansı blokadadan bəhs etmək olar?

Soyuqda, qar-yağışda Laçın dəhlizində ekoloji terrora qarşı aksiya keçirən, Xankəndiyə humanitar yükləri buraxıb silah-sursatın daşınmasına mane olan azərbaycanlı aksiyaçılar regionda yenidən qan tökülməsinin qarşısını alaraq tarix yazırlar. Təbii, bu, Xankəndiyə silah-sursat daşıyıb terror şəbəkəsi yaratmaq istəyən erməni lobbisinin maraqlarına uyğun deyil. Ona görə də Azərbaycandakı uzantılarının qulağını burmaqla onları mövcud aksiyaya etiraza məcbur edirlər.

“No war”-çı adı altında qruplaşmış bu şəxslər birmənalı şəkildə erməni lobbisinin maraqlarına, regionda münaqişənin uzanmasına xidmət edirlər. Əks halda atacaqları ilk addım Xankəndidəki erməniləri azərbaycanlı ekofəallara qoşulmağa çağırmaq olmalı idi. Onlar nə etdilər? “Dağlıq qarabağ”, “humanitar böhran” deyərək, ermənilərin ağzı ilə danışmağa başladılar.

Bu isə Xankəndi yolundakı aksiyaçıları birbaşa ermənilərə satmaq, xalqın maraqları, təhlükəsizliyi ilə bağlı məsələdə xəyanət etməkdir.

Lakin onu da qeyd edək ki, onlar təkcə azərbaycanlıların yox, həm də Qarabağdakı ermənilərin düşmənidirlər. Azərbaycan xalqı bu xəyanəti unutmayacaq, ermənilər isə tezliklə sözügedən şəxslərin gerçək mahiyyətini öyrənəcəklər.

Globalinfo.az