Xankəndi Şəhər Prokurorluğunun binası istifadəyə verilir

Xankəndi şəhər prokurorluğunun inzibati binasının istifadəyə verilməsi ilə əlaqədar təntənəli tədbir keçirilir.

Bu barədə  Globalinfo.az – a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Baş prokuror Kamran Əliyev, Baş Prokurorluğun rəhbər şəxsləri, millət vəkilləri, QHT sədrləri və digər ictimaiyyət nümayəndələri iştirak edir