Rusiyanın Brüssel görüşü ilə bağlı ilk həmləsi

“Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşündən əvvəl Xankəndidə separatçıların keçirdiyi mitinq Rusiyanın göstərişi ilə təşkil olunub”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, əsas məqsəd danışıqlar prosesini pozmaqdır:

“Brüsseldə keçiriləcək görüşdə razılaşmanın əldə edilməsi üçün prinsiplər üzrə bir neçə imkanlar var. Ermənistan tərəfi bəzi şərtlərindən geri addım atarsa, sülh müqaviləsinin bağlanması istiqamətində ciddi irəliləyişlər olacaq. Amma rəsmi İrəvan Azərbaycan ordusunun sərhəddən geri çəkilməsinə nail ola bilməyəcək. Brüssel görüşü irəliyə doğru atılan müsbət və ciddi addımdır. Lakin konkret nəticələrin əldə edilməsi üçün bir neçə görüşə ehtiyac yaranacaq. Bu görüş danışıqlar prosesində yeni mərhələyə keçid olacaq”.

Zaira Akifqızı
Globalinfo.az