Sabiq deputat Xanhüseyn Kazımlı “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, dəfn mərasimində ailə üzvləri və yaxınları iştirak edib.
Qeyd edək ki, Xanhüseyn Kazımlı bu gün vəfat edib.
O, 1942-ci il oktyabrın 1-də İmişli rayonunun Ağaməmmədli kəndində doğulub. Birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub. 1994-2023-cü illərdə Azərbaycan Sosial Rifah Partiyasına sədrlik edib.
***09:44
Sabiq deputat Xanhüseyn Kazımlı 83 yaşında vəfat edib.
Globalinfo.az bildirir ki, bu barədə “Report”a onun yaxınları məlumat veriblər.
Qeyd edək ki, Xanhüseyn Kazımlı Azərbaycan Sosial Rifah Partiyasının sədri olub. O, I, II, III, IV, V çağırış Milli Məclisin deputatı idi.
2002-ci ildə Prezidentin fərmanına əsasən “Şöhrət” ordeni ilə təltif edilib.














