Xalq artistinin həyat yoldaşı vəfat etdi

Mərhum xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyeva vəfat edib.

Globalinfo.az Axşam.az -a istinadən xəbər verir ki, G.Quliyeva bu gün dünyasını dəyişib.

Məlumatı aktyorun oğlu Rövşən Quliyev təsdiqləyib. O bildirib ki, anası bu gün günorta dəfn edilib:

“Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən qəbiristanlıqda, qardaşım Fəridin yanında dəfn etdik”.

Qeyd edək ki, Gülzar Quliyeva qaraciyər sirrozundan əziyyət çəkirdi.